Odessada deputatın meyiti tapıldıbackend

Odessada deputatın meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Odessa vilayətinin Belqorod-Dnestrovski rayonunda yerli deputatın güllələnərək öldürüldüyü aşkarlanıb.

Editor.az Milli Polisin regional qərargahının mətbuat xidmətinə istinadən xəbər verir ki, dünən, oktyabrın 22-də Şabo kəndində meyit tapılıb. İlkin məlumata görə, intihar hadisəsi olub – 51 yaşlı kişi güllə yarasından dünyasını dəyişib. Polis meyitin dünən, oktyabrın 22-də tapıldığını bildirib.

“Ölən şəxs Şabo sakinidir. Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsi – “özünü öldürmə” bəndi ilə “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb. Hadisənin baş vermə səbəbləri və şəraiti müəyyənləşdirilir”, – deyə mətbuat xidməti bildirir.

Sosial şəbəkələrdə “Əməllərə güvən” fraksiyasının üzvü, Şabski kənd sovetinin deputatı Vasili Timofeyevin öz evində intihar etməsi ilə bağlı məlumatlar yayılıb. İddiaya görə, o, dövlət qeydiyyatı olmayan tapança ilə başına atəş açıb. Həmin şəxsin ölümündə heç kimin günahlandırılmamasını istədiyi ifadə olunan intihar məktubu da buraxdığı deyilir. Mənbələrə görə, Timofeev 2020-ci ildə Şabo (Belqorod-Dnestrovski rayonu) kənd sovetinin deputatı olub.

O, Odessa meri Gennadi Truxanovun rəhbərlik etdiyi “Əməllərə güvən” siyasi partiyasının Odessa regional təşkilatına namizədliyini irəli sürüb.

//Samir Qurbanov, Editor.az