Odessada hakimiyyəti zorla ələ keçirməyi planlaşdırdığı iddia edilən qrup saxlanılıbbackend

Odessada hakimiyyəti zorla ələ keçirməyi planlaşdırdığı iddia edilən qrup saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Odessada hakimiyyəti zorla ələ keçirməyi planlaşdırdığı iddia edilən bir neçə nəfərdən ibarət qrupun saxlanıldığını açıqlayıb.

SBU-nun məlumatına görə, şübhəlilərdən bədən zirehi, 70-dən çox optik nişangah və döyüş sursatı olan odlu silah və digər avadanlıqlar müsadirə edilib. Kəşfiyyat xidmətinin məlumatına görə, sui-qəsddə şübhələnənlər bu işə 20-dən çox adamı cəlb ediblər.

Onlar hazırda həbsdədir və onlara qarşı hakimiyyəti ələ keçirməyə cəhd və qanunsuz silahlı birləşmələr yaratma maddələri ilə cinayət işi açılıb. Cinayətdə şübhəli bilinənləri 10 ilə qədər həbs və əmlakları müsadirə gözləyir.

//Samir Qurbanov, Editor.az