Odessada partlayışlar bitmək bilmirbackend

Odessada partlayışlar bitmək bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin “Cənub” əməliyyat komandanlığının mətbuat xidməti Telegram-da Odessada hava hücumundan müdafiə sistemlərinin fəaliyyət göstərdiyini bildirib.

Yerli “Dumskaya” nəşri xəbər verir ki, şəhərdə partlayış səsləri eşidilir.

Editor.az xəbər verir ki, bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələri Telegram-da bir qrup hücum pilotsuz təyyarəsinin Odessaya doğru hərəkət etdiyini bildirmişdi. Saat 00:36-dan saat 2:18-ə qədər olan müddət ərzində idarə Qara dənizdən Odessa istiqamətində hərəkət edən PUA-ların beş dalğasının keçdiyini bildirib.

Daha sonra Hərbi Hava Qüvvələri Odessanın Bolşoy Fontan rayonunda pilotsuz təyyarələrin göründüyünü xəbər veriblər. Martın 2-nə keçən gecə də Odessada bir neçə partlayış baş vermişdi. Odessa vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirmişdi ki, partlayışlar nəticəsində 5-i uşaq olmaqla 12 nəfər həlak olub. Cənab Kiper martın 3-nü Odessada matəm günü elan etmişdi.

//Samir Qurbanov, Editor.az