Odessaya PUA hücumu olubbackend

Odessaya PUA hücumu olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gecə saatlarında Ukraynanın Odessa vilayətinə “Şahed”, “Onyx” və “Caliber” raketləri ilə hücum edilib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Ukrayna Müdafiə Qüvvələrinin məlumatına görə, hücum zamanı 19 “Şahed-136/131” PUA, 2 “Onyx” səsdən sürətli raket və 12 “Kalibr”dən istifadə edilib.

Döyüş əməliyyatları zamanı dağıntıların düşməsi nəticəsində Odessa ətrafında müəssisələrdən birinin anbar binaları və fərdi yaşayış evinə ziyan dəyib. Bundan əlavə, taxıl anbarları da məhv edilib. Lakin xəsarət alan olmayıb.

//Safura Bənnayeva, Editor.az