Odessaya raket hücumu: Dağıntı və xəsarət alanlar varbackend

Odessaya raket hücumu: Dağıntı və xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 30-da səhər saatlarında Rusiya hərbçiləri Odessa vilayətində gəmi təmiri zavodunu raketlərlə atəşə tutub.

İnzibati bina və avadanlıqlara ziyan dəyib, iki nəfər yaralanıb.

Editor.az bildirir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper deyib. “Səhər saatlarında rus terrorçuları Odessa vilayətinə raketlərlə hücum etdilər. Düşmənin hədəfi gəmi təmiri zavodu olub. Hücum nəticəsində yanğın baş verib, yanğın xilasedicilərimiz tərəfindən tez bir zamanda söndürülüb. Müəssisənin inzibati binasına və avadanlıqlarına ziyan dəyib. İki nəfər yaralanıb: 1961-ci il təvəllüdlü kişi və 1966-cı il təvəllüdlü qadın orta ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

//Samir Qurbanov, Editor.az