Aprelin 3-də səhər saatlarında Odessada bir neçə partlayış baş verib və şəhərdə yanğınlar başlayıb.
Editor.az-ın Ukrayna mənbələrinə istinadən verdiyi xəbərə görə, hazırda Odessada xilasedicilər yanğınların aradan qaldırılmasına çalışırlar.
Odessa Şəhər Şurasının deputatı Pyotr Obuxovun sözlərinə görə, düşmən şəhərə raket hücumu həyata keçirib və hədəflərdən biri də infrastruktur obyekti olub. “Biz heç nəyi unutmayacağıq və bağışlamayacağıq”, – Obuxov deyib.
Editor.az

