Gecə saatlarında Rusiya Silahlı Qüvvələri müxtəlif növ raketlər və pilotsuz uçuş aparatları ilə Ukraynanın cənubunda hücuma başlayıb.
Editor.az xarici mediaya istinadən xəbər verir ki, Cənub müdafiə qüvvələri hücumun təfərrüatlarını açıqlayıb.
“Ruslar Odessanı “Oniks” və “İskəndər-M” ilə vurub. Onlar müvafiq olaraq şəhərin mərkəzinə və sənaye binasına düşüb. Partlayış dalğası bir neçə çoxmərtəbəli yaşayış binasına, şəhərin tarixi hissəsində yerləşən muzeyə ziyan vurub.
Bundan əlavə, ruslar Odessanın liman infrastrukturuna pilotsuz təyyarələr göndəriblər. 15 pilotsuz uçuş aparatı hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib, lakin anbarlar, xüsusi avadanlıqlar zərbə nəticəsində zədələnib.
Odessa vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiperin açıqlamasına görə, Rusiyanın Odessaya gecə hücumu nəticəsində 8 yerli sakin yaralanıb: “Yüngül xəsarət alan üç nəfərə yerindəcə lazımi yardım göstərilib, beş nəfər xəstəxanaya yerləşdirilib.
Xəstəxanada olan zərərçəkənlərə bütün lazımi yardımlar göstərilir, vəziyyətləri stabildir”-deyə, o qeyd edib.
//Safura Bənnayeva, Editor.az

