Sosial şəbəkədə “Tik-Tok” istifadəçisinin qalmaqallı etirafı gündəmi alt-üst edib.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, o, “Tik-tok”da video paylaşaraq, illərdir oğlu bildiyi oğlanın əslində əmisi olduğunu öyrəndiyini deyib.
O, sevgilisi ilə ara-sıra babasının evində yaşadığını və sevgilisinin bu müddətdə hamilə qaldığını bildirib.
Daha sonra sevgilisinin telefonundan babası və rəfiqəsinin intim mesajlarını və fotolarını tapdıqdan sonra acı həqiqəti öyrəndiyini deyib.
Öz oğlu olduğunu düşündüyü uşağın əmisi olduğu üçün şok yaşadığını deyən kişi hadisələri gözyaşı içərisində danışıb.


