Oğlu şəhid gələn ana sevinir: Mənə gözaydınlığı verin – Düşməni qorxudan FOTObackend

Oğlu şəhid gələn ana sevinir: Mənə gözaydınlığı verin – Düşməni qorxudan FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni xalqı bir qrup şarlatanın qurbanına çevrilib. Cəbhədəki ağır məğlubiyyətləri gizlətmək üçün rəsmi İrəvan bu gün hər yola əl atır. 

Prezident İlham Əliyevin haqsız savaşa girdikləri ilə bağlı erməni xalqına, erməni əsgər analarına dünyanın bir neçə telekanalına, xəbər agentlikləri vasitəsi ilə etdiyi “Mən erməni xalqını öz hökumətinin başına ağıl qoymağa, erməni analarını öz uşaqlarını işğal edilmiş ərazilərə göndərməməyə çağırıram” müraciəti öz effektini verdi. Erməni anaları hərbi-siyasi rəhbərlikdən övladlarının taleyi barədə hesabat tələb etməyə başlayıblar. Onlar övladlarını müharibəyə göndərməkdən imtina edirlər. Baş nazir Nikol Paşinyanı səriştəsizlikdə, idarəetmə bacarığının olmamasında və ölkəsinin gənclərini ölümə göndərməkdə ittiham edirlər. Paşinyan isə bu çağırışların heç birinə nəinki məhəl qoymur, hətta diktatorluq xislətini nümayiş etdirən qərarlarından da çəkinmir.

Bütün dünyanın Azərbaycanın tarixi ərazisi kimi tanıdığı Qarabağ və ətraf rayonlardan işğalçı qoşunlarını heç bir danışıq yolu ilə çıxarmayacağını son çıxışında bəyan edən Paşinyan, Suriyadan, Livandan və digər Yaxın Şərq ölkələrindən gətirdiyi terrorçuların, muzdluların savaşda onlara kömək edə bilmədiyini görüncə, hərbi xidmət vaxtı çatmayan, səriştəsiz, heç vaxt əli silah görməyən yeniyetmələri Azərbaycan Ordusunun qarşısına göndərərək döyüşməyə məcbur edir. Nəticə isə göz qabağındadır. Qeyri-rəsmi mənbələrdən verilən məlumata görə bu günə kimi 8 mindən çox düşmən hərbçisi məhv edilib. Azərbaycan Ordusunun həmlələri qarşısında tab gətirə bilməyən düşmən əsgərlərinin silahı atıb qaçmamağı üçün ayaqlarına zəncir bağlamaları azmış kimi, mövqelərini tərk etməsinlər deyə səngəri minalamaqdan da çəkinmirlər. Göyərçin uçura-uçura hakimiyyətə gələn, özünü sülh quşu kimi dünyaya sırımağa çalışan Paşinyan öz maraqlarına görə indi ölkəsinin genefondu hesab edilən gəncləri haqsız olduqları müharibədə gözüyumulu ölümə verir.

Ermənistan silahlı qüvvələri indi demək olar ki, yox vəziyyətindədir. Ağır məğlubiyyətlər Ermənistan ordusunda ciddi şəkildə fərarilik edənlərin, Azərbaycan Ordusuna könüllü təslim olanların sayını durmadan artırır. Ordumuz ilə savaş meydanında heç nə edə bilməyən rəsmi İrəvanın  yaşayış məntəqələrimizi ballistik raketlər və ağır artilleriyadan atəşə tutaraq mülki şəxsləri, azyaşlı uşaqları qətlə yetirməklə də ürəyi soyuyacaq kimi görünmür. Düşmən indi daha bir təxribatı ilə sosial şəbəkədə olduqca fəallaşıb. Danışıqlar yolu ilə Qarabağın işğaldan azad edilməsinin mümkünsüzlüyünü anlayan Azərbaycan xalqının 30 illik müharibə həsrəti çəkdiyini, xalqın bir yumruq kimi birləşib 7-dən 77-yə döyüşmək üçün məqam gözlədiyini gözünü dörd açaraq görən Paşinyan, indi də bu xalqa psixoloji təzyiq metodlarından istifadə etməklə hədə-qorxu gəlməyə çalışır. Ermənilər son günlər sosial şəbəkələrdə öz leşlərini yalandan güya bizim şəhidlərin videosu kimi yaymaqla psixikamızı pozmaq cəhdləri edirlər. Amma anlamırlar ki, biz müharibəyə də, şəhid verməyə də hazırıq. Hətta bu gün övladı şəhid olan anaların reaksiyaları belə bu xalqın nə qədər qürurlu, nə qədər qəhrəman, nə qədər mərd olduğunu sübut edir.

Vətən müharibəsində şəhid olan övladının cənazəsini şadyanalıqla qarşılayan, “Mənə başsağlığı yox, gözaydınlığı verin” deyən anaları olan xalqı heç bir ölüm qorxutmaz. Biz bir ölərik, min dirilərik. Onlardan fərqli olaraq, Azərbaycan xalqı vətən uğrunda savaşır, öz ərazisinin bütövlüyü uğrunda mübarizə aparır, son nəfərinə kimi də bu savaşı davam etdirməyə hazırdır. Paşinyan hələ də anlamır ki, yatmış türkü oyatmaqla dünyada ən çətin işini gördü. Bizi öldürmək olar, ancaq məğlub etmək olmaz.

Öz əsgərlərinin leşini gizlətmək məqsədilə onları yük maşınınən dalına yığaraq qazdıqları ümumi bir xəndəyin içinə boşaldaraq üzərini örtmək əmri verən Paşinyan bununla itkilərinin sayını gizlətməyə çalışır. Bəs sonra? Amma bu da onu həmin əsgər analarının qəzəbindən qurtulmağa kifayət etməyəcək.