“Oğlum qəşəngdir, necə çirkin qız alım?”- əməkdar artistbackend

“Oğlum qəşəngdir, necə çirkin qız alım?”– əməkdar artist

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Könül Kərimova oğlunu evləndirmək istəyir.

Editor.az olay-a istinadən xəbər verir ki, bu barədə o, “Səhər mərkəzi” verilişində açıqlama verib. Övladı Rəşadın ailə qurmaq üçün addım atmadığını deyən ifaçı gəlinində görmək istədiyi xüsusiyyətlərdən də söz açıb:

“İndiki uşaqlar sözə baxmır. Bu il məni sevindirəcək. Özü tərpənmir, mən tapdığımı da bəyənmir. Oğlum yaraşıqlıdır, qəşəngdir. Deyirəm, gözəl qız olsun. Çirkin qızı necə alım? Ağıllı, saçı qaynaqsız uzun olan, sarışın bir xanım olsun. Deyirlər, gəlin mənim süpürgəmdir, harada qoysam, orada dursun. Lap belə də yox. Onun dediyi ilə oturub-durmayaq.

İndiki gəlinlər özləri adət-ənənə yaradır. Peşəsi, təhsili önəmli deyil. Müğənni olmasına gəlincə… Mən özüm çöllərdəyəm. Evdə bir qadın olmalıdır. Mən də küçələrdə, o da küçələrdə. Evdə qapını açan, qonağa çay süzən olmalıdır. Öz sənətimizi təhqir etmirəm. Məsələn,qardaşımın qızını özüm musiqiyə yönləndirdim. Çünki istedadlı idi. İstəmərəm gəlinim müğənni olsun. Olsa da, nə edə bilərəm? Təki evlənsin, olsun. Otuz ildir əziyyət çəkirəm, gəlin qarşıma bir stəkan çay qoymasın? Mənim bir oğlum var. Müdaxilə etməyi sevmirəm. Bir evdə olmasa da, bir məhəllədə yaşayaq”.