Bütün dünyanın dəhşətə gətirən, qan donduran vəhşilik İsraildə baş verib. İddialara görə, qatil ana 6 yaşlı uşağını balta ilə öldürüb.
Qadın ailə itini də öldürüb. İsrail mətbuatında yer alan xəbərə görə, hücumdan sonra özündən çıxan qadının soyunduğu, meditasiya etdiyi və daha sonra özünü bıçaqladığı bildirilib. Digər tərəfdən qadının üzərində ölən oğluna aid olduğu düşünülən qan ləkələri tapılıb.
Uşağın nənəsi evə gələndə dəhşətli görüb və dərhal hüquq-mühafizə orqanlarına məlumat verib.
Qəzza sərhədi yaxınlığında ehtiyatdan yenicə qayıdan uşağın atası ürəkağrıdan xəbərlə üzləşib. Yarkon Regional Polisinin Cinayətlə Mübarizə Şöbəsi istintaqı öz üzərinə götürüb.
//Samir Qurbanov, Editor.az


