Oğlunu qətlə yetirməkdə şübhəli bilinən ana “magiya” və “şüur eksperimentləri” ilə məşğul olurmuş – FOTObackend

Oğlunu qətlə yetirməkdə şübhəli bilinən ana “magiya” və “şüur eksperimentləri” ilə məşğul olurmuş – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balaxixada azyaşlı oğlunun dəhşətli şəkildə öldürülməsi işi üzrə saxlanılan Yelena Tsutskova sosial şəbəkələrdə özünü “mag”, “aləmlərarası vasitəçi” kimi təqdim edib və “möcüzəvi qabiliyyətlərə” malik olduğunu yazıb.

Rusiya mediasının məlumatına görə, Tsutskova sosial şəbəkə hesablarında “aləmlər arasında gəzdiyini”, “şüur üzərində eksperimentlər apardığını” iddia edirdi. O, 2022-ci ildən bəri yuxularında “rəqəmli işarələr” gördüyünü, bunları “başqa ölçüdən gələn mesajlar” kimi qəbul etdiyini yazıb.

Qonşuların sözlərinə görə, qadın uzun müddətdir psixi sağlamlıq problemləri yaşayırdı və qadağan olunmuş maddələrdən istifadə edirdi.

Məlum olub ki, o, əvvəllər də narkotik istifadəsinə görə inzibati məsuliyyətə cəlb olunub, eləcə də psixi pozuntular səbəbilə dəfələrlə təcili yardım çağırılıb.

Hazırda istintaq hadisənin bütün təfərrüatlarını araşdırır.

Musavat.com