Oğrular arasında konflikt: Quli və Asatryan qarşı-qarşıyabackend

Oğrular arasında konflikt: Quli və Asatryan qarşı-qarşıya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kriminal aləmin ən ağır çəkili şəxslərinin arasındakı konflikt getdikcə böyüyür. Söhbət qanuni oğrular Nadir Səlifov (Lotu Quli) və Eduard Asatryanın (Edik Tbilisskiy) arasındakı münaqişədən gedir.

hər iki qanuni oğrunun klanları arasında ziddiyyət kəskinləşir. Kriminal aləmlə bağlı ekspert kimi tanınan Aleksandr Sidorovun (Fima Jiqanes) fikrincə, oğru aləmində gözlənilmədən müharibə başlana bilər. Onun fikrincə, qanuni oğrular təsir sahələrinin yenidən bölüşdürülməsi üçün ciddi mübarizəyə qoşulublar.

Xatırladaq ki, oğrular arasında ziddiyyətlər oğru Besik Kvinixidzenin (Beso Rustavski) Saratov vilayətində yeni qaydalar yaratması ilə başlamışdı. Edik Tbilisskiy isə elan etmişdi ki, bu yeniliklərlə bağlı oğruların ona bir çox sualları olacaq. Lotu Quli isə cavabında bildirmişdi ki, Edik hələ əvvəlcə Nodari Asoyanın (Nodar Rustavsky) onu açıq şəkildə “zibil” adlandırmasına reaksiya versin, sonra danışsın. Beləliklə də, Quli Asatryanın digərlərinin taleyini həll etmək hüququnun olmadığını demişdi.

//Unikal.org