“Oğurluq edən məmurların bütün var-dövləti müsadirə edilməlidir” – Araz Əlizadəbackend

“Oğurluq edən məmurların bütün var-dövləti müsadirə edilməlidir” – Araz Əlizadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar Azərbaycanda ciddi kadr islahatları aparılır. Çox sayda məmurların vəzifədən azad edildiyinin şahidi oluruq.

Cəmiyyətdə isə əvvəldən belə bir fikir var: “Məmurlar vəzifədə olduqları zaman mal-dövlət, vəsait toplayıb, azad olunduqdan sonra onu bir kənarda “xımır-xımır” yeyirlər. Məmurlar vəzifədən çıxarıldıqdan sonra var-dövlətləri əllərindən alınmalıdır” kimi tələblər səslənir.

Mövu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə vəzifədə olan hər kəsin oğru olmadığını qeyd edib:

“Hansı məmur vəzifədə olan zaman nə qədər oğurluq edib, bilmirəm. Hər kəsin şəxsi işidir. Lakin dövlət elə qurulmalıdır ki, heç kim oğurluq edib, nəyisə mənimsəyə bilməsin.

Əgər oğurluqlar, mənimsəmələr olubsa, ilk öncə sübut olunmalıdır. Yalnız hansısa məmurun oğurluq etdiyi sübut edildikdən sonra, onun bütün var-dövləti müsadirə edilə bilər, sübut olunmayıbsa toxunmaq olmaz.

Azərbaycan hüquqi dövlətdir, hər şey hüquqi kontekstdə aparılmalıdır. Vəzifədə olanların hər biri oğrudur düşüncəsi isə yalnışdır”.