Oğuzda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Editor.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə günorta saatlarında rayonun Xalxal kəndində baş verib.
İlkin məlumata görə, rayon sakini, 1989-cu il təvəllüdlü Elvin Cəfərovun üzərinə meşədə ağac aşıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.

