Oktyabrda Rusiyada qaz hasilatı 11,8% artıbbackend

Oktyabrda Rusiyada qaz hasilatı 11,8% artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrda Rusiyada qaz hasilatının həcmi təxminən 11,8% artaraq 60,13 milyard kubmetrə çatıb.

Editor.az bu barədə “Kommersant” qəzetinə istinadla xəbər verir. Eyni zamanda, nəşrdə vurğulandığı kimi, 2023-cü ilin yanvar-oktyabr aylarında qaz hasilatı 534,5 milyard kubmetr təşkil edib. Bu, 2022-ci ilə nisbətən 4% azdır.

Həmçinin bildirilir ki, “Qazprom” oktyabrda hasilatı 14,6% artıraraq 38,6 milyard kubmetrə çatdırıb.

Analitiklər istehsalda canlanma tendensiyasının Çinə ixracın artırılması və daxili istehlakın artması ilə dəstəkləndiyini vurğulayırlar.

Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya Çinə boru kəməri ilə qaz tədarükünü ildə 100 milyard kubmetrə çatdıracaq.

//Gülnarə Abasova, Editor.az