Olaf Şols: İndiki mərhələdə Rusiya-Ukrayna danışıqları mümkün deyilbackend

Olaf Şols: İndiki mərhələdə Rusiya-Ukrayna danışıqları mümkün deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndiki mərhələdə Rusiya-Ukrayna müharibəsini diplomatiya yolu ilə bitirmək mümkün deyil.

Editor.az bildirir ki, bunu Almaniya kansleri Olaf Şols deyib. O, hesab edir ki, Putin iki ölkə arasında danışıqlar məsələsində əvvəllər görülmüş bütün işlərin üstündən xətt çəkib.

“Hazırda yaşadığımız bu qanlı müharibə ilə Putin, danışıqlar yolunda əvvəllər baş vermiş hər şeyi məhv edib”, – deyə Şols bildirib. Onun sözlərinə görə, diktatorlar nəhayət ki, müstəqil ölkələrin ərazilərini zəbt etməyin mümkün olmadığını başa düşməlidirlər: “İlk növbədə, Rusiya başa düşməlidir ki, diktatura dünyası ideyası işləməyəcək və gedib kağız üzərində kiminsə ərazisini karandaşla cızıb deyəsən ki, “indi bura mənimdir” xülyası keçə bilməz. Ona görə də diktatura dünyası olmamalı, başqa bir anlayış olmalıdır”, – deyə Şols əlavə edib.

  //Samir Qurbanov,Editor.az