Olaf Şols: Vladimir Putin Ukraynada “ədalətli sülh” danışıqlarına hazır deyilbackend

Olaf Şols: Vladimir Putin Ukraynada “ədalətli sülh” danışıqlarına hazır deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şols Rusiya prezidenti Vladimir Putinin Ukraynada “ədalətli sülh” danışıqlarına hazır olduğuna inanmır.

Editor.az bildirir ki, bu barədə o, cümə axşamı Bundestaqda Ukraynadakı müharibəyə həsr olunmuş çıxışı zamanı deyib. “Putin bu prinsiplərin və ədalətli dünyanın qaytarılması ilə bağlı danışıqlara ümumiyyətlə hazırdırmı? Hazırda bunu heç nə göstərmir”, – Almaniya kansleri deyib.

O, əlavə edib ki, Putin ABŞ-la nüvə müqaviləsini dayandırmaq kimi təhdid jestlərinə daha çox güvənir. Keçmiş Almaniya kansleri Helmut Şmidt 1970-ci illərdəki Helsinki prosesini nəzərə alaraq “balanslaşdırılmış qarşılıqlılıq” prinsipindən danışdı.

Lakin nəzərə almaq lazımdır ki, Putin Ukraynanın mövcudluğunu və eyni zamanda Avropa dünya nizamının əsaslarını təhdid etdiyi müddətcə bundan söhbət gedə bilməz, – kansler bildirib: “Başına silah dayayan bir adamla danışıqlar apara bilməzsən”, – Şols bildirib. Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenskinin noyabrda keçirilən G20 sammitində davamlı, ədalətli sülh üçün təkliflər irəli sürməsi daha diqqətəlayiqdir.

 //Samir Qurbanov,Editor.az