Almaniyanın mühafizəkar “Xristian Demokrat İttifaqı” (XDİ) partiyası 20 ildən sonra ilk dəfə Berlin Deputatlar Palatasına keçirilən seçkilərdə qalib gəlib. Beləliklə, kansler Olaf Şolşun “Almaniya Sosial Demokrat Partiyası” (SDP) son onilliklərin ən pis nəticəsini göstərib.
Editor.az bildirir ki, bu barədə “Zeit” xəbər verib. ASDP Deputatlar Palatasında 28,2% səs alıb ki, bu da ötən seçkilərlə müqayisədə 10,2 faiz çoxdur. SDP 18,4% səs əldə edib ki, bu da “Yaşıllar”dan 105 səs çoxdur.
Hazırda Berlində hakim koalisiyaya daxil olan “Sol partiya”nı seçicilərin 12,2%-i dəstəkləyib. “Almaniya üçün Alternativ” öz nəticəsini 1,1 faiz yaxşılaşdıraraq 9,1 faiz, “Azad Demokrat Partiyası” isə nəticəsini 2,5 faiz pisləşdirərək 4,6 faiz səs yığıb. İlkin məlumatlara görə, seçici fəallığı 62,8 faiz təşkil edib. Qeyd edək ki, əvvəlki seçkilər 2021-ci ildə keçirilib. Lakin onların nəticələri kütləvi pozuntulara görə etibarsız hesab edilib. 2016-cı ildən hakim koalisiya üç partiyadan – SDP, “Yaşıllar” və “Sol Partiya”dan ibarətdir. 2021-ci ildə SDP-dən Franziska Giffay hakim mer olmuşdu.
//Samir Qurbanov, Editor.az