Olaf Şolts: Ukraynada müharibənin bitməsi üçün Rusiyanın məğlub olması lazımdırbackend

Olaf Şolts: Ukraynada müharibənin bitməsi üçün Rusiyanın məğlub olması lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada döyüşlərin bitməsi üçün Rusiya hərbi məğlubiyyətə uğramalıdır.

Editor.az bildirir ki, bu sözləri Almaniya kansleri Olaf Şolz Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

Siyasətçi izah edib ki, NATO ölkələri məhz bu məqsədlə Ukrayna Silahlı Qüvvələrinə silah verir. lakin kansler “Leopard 2” tanklarının Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi perspektivləri ilə bağlı suala birbaşa cavab verməyib: “Müharibənin bitməsi üçün Rusiya uduzmalıdır, ona görə də biz tərəfdaşlarımızla sıx əlaqədə Ukraynanı silahla təmin edirik”, – Şolz bildirib.

Leopard 2-nin tədarükü ilə bağlı sualı cavablandıran Olaf Şolz Ukraynada hadisələrin ehtimalla gərginləşməsindən narahatlığını bildirib və Almaniyanın “təkbaşına heç nə etmədiyini” deyib.

Almaniyanın Ukraynaya istehsalçı ölkə kimi “Leopard 2” tanklarını tədarük etməkdə müstəsna hüququ var, lakin federal hökumətin sanksiyası olmadan, arsenalında “Leopard” olan heç bir dövlət Ukrayna Silahlı Qüvvələrinə tank göndərə bilməz. Olaf Şolz isə dünən – yanvarın 17-də tankların verilməsi məsələsini “ictimai müzakirəyə” çıxarmaqdan imtina edib.

//Samir Qurbanov, Editor.az