Olaf Şolz Avropa İttifaqı ölkələrini Ukraynaya daha çox silah verməyə çağırdıbackend

Olaf Şolz Avropa İttifaqı ölkələrini Ukraynaya daha çox silah verməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şolz Avropa İttifaqı ölkələrini 2024-cü ildə Ukraynaya daha çox dəstək verməyə çağırıb.

Editor.az xəbər verir ki, o, Lüksemburqun baş naziri Luc Friedenlə Berlində görüşdən sonra bildirirb ki, “Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti tərəfindən bu günə qədər Ukraynaya planlaşdırılan silah tədarükü istənilən halda çox kiçikdir.

Buna görə də mən Avropa İttifaqındakı müttəfiqlərimizi də Ukraynanın xeyrinə səylərini artırmağa çağırıram”. Onun sözlərinə görə, Almaniya Ukraynaya yardım göstərməkdə ABŞ-dan sonra ikinci yerdədir:

2024-cü ildə silah tədarükünə 8 milyard avro, humanitar və maliyyə yardımına isə “milyardlarla” pul ayrılıb. “Təkcə Almaniyanın töhfəsi Ukraynanın təhlükəsizliyini təmin etmək üçün kifayət deyil”, – kansler vurğulayıb.

//Samir Qurbanov, Editor.az