Qərb Rusiyada siyasi rejimin dəyişdirilməsi üçün səy göstərməyi planlaşdırmır, lakin Vladimir Putin onun belə planlarının olduğuna əmindir.
Editor.az bildirir ki, bunu Almaniya kansleri Olaf Şolz deyib. “Kim harda oturmasına biz qərar vermirik.
Ona görə də biz (Rusiyada – red.) rejimi dəyişməyi planlaşdırmırıq”, -Şolz qeyd edib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının prezidenti qorxur ki, “bu bizim planımızdır”. Lakin “Putin açıq cəmiyyətlərin, liberal demokratiyaların icması kimi Avropa İttifaqının onun lap yaxınlığında olması faktı ilə barışmalı və azadlığın virus olmadığına ümid etməlidir”, – kansler əlavə edib.
//Samir Qurbanov,Editor.az