Olaf Şolz: Rusiya-Ukrayna münaqişəsi Ukraynanın Avropa İttifaqına (Aİ) üzv olması ilə bitəcək
Rusiya-Ukrayna münaqişəsi Ukraynanın Avropa İttifaqına (Aİ) üzv olması ilə bitəcək.
Editor.az bildirir ki, bunu Almaniya kansleri Olaf Şolz Almaniya Sosial Demokrat Partiyasının 160 illik yubileyində deyib: “Qitəmizin tarixində kədərli bir səhifə… Bu proses azad Ukraynanın Avropa İttifaqının tamhüquqlu üzvü olması ilə başa çatacaq”.
Qeyd edək ki, mayın 20-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel prezident Vladimir Zelenskini Ukraynanın 2023-cü ilin sonunda Aİ-yə daxil olması perspektivləri ilə bağlı müzakirələrə başlayacağına inandırıb. Zelenski 28 fevral 2022-ci ildə ölkənin Aİ-yə daxil olması üçün ərizəni imzalayıb. Eyni zamanda, o, iki ildən sonra birliyə üzv olacağına ümid etdiyini bildirib.
//Samir Qurbanov,Editor.az
Facebook Notice for EU!
You need to login to view and post FB Comments!