Almaniya kansleri Olaf Şolzun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası şərq əyaləti Brandenburqda regional parlament seçkilərində az fərqlə qalib gəlib.
Sosial Demokratlar 1990-cı ildən bəri ilk dəfə Brandenburq seçkilərində səslərin çoxunu qazanıblar. Yekun nəticələrə görə, seçicilərin 30,89%-i SPD-yə səs verib.
İkinci yerdə 29,23% səslə Almaniya üçün Alternativ Partiyasıdır. Sonra “Sarah Wagenknecht Union” gəlir – 13,48%. İlk dördlüyü 12,1 faizlə Xristian Demokrat İttifaqı (CDU) qapayır. Hakim koalisiyaya daxil olan Yaşıllar və Azad Demokrat Partiyası (SVDP) beş faizlik baryeri keçə bilməyib və ştat parlamentinə daxil olmayıb.
//Samir Qurbanov, Editor.az