Olatz Şolz Vladimir Putinə zəng vurmaq istəyirbackend

Olatz Şolz Vladimir Putinə zəng vurmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Die Zeit” qəzeti yazır ki, Almaniya kansleri Olatz Şolzun yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinə zəng vuracağını gözlənilir.

Əgər belə bir söhbət baş tutsa, bu, demək olar ki, iki il ərzində Berlin və Moskva arasında bu səviyyədə ilk təmas olacaq. Hökumət mənbələri jurnalistlərə bildiriblər ki, söhbət noyabrda Braziliyada keçiriləcək G20 toplantısından əvvəl baş tuta bilər. Məqalədə o da deyilir ki, Almaniya tərəfi hələ ki rəsmi olaraq danışıq tələb etməyib.

Xatırladaq ki, Vladimir Putin və Olaf Şolz arasında sonuncu telefon danışığı 2022-ci ilin dekabrında baş tutub. Dövlət başçısının mətbuat xidməti bildirib ki, tərəflər Ukrayna ətrafında vəziyyətin müxtəlif aspektlərini müzakirə ediblər.

//Samir Qurbanov, Editor.az