Öldüyü ehtimal edilən qadının dəfn zamanı yaşadığı məlum olubbackend

Öldüyü ehtimal edilən qadının dəfn zamanı yaşadığı məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Nebraska ştatının Linkoln şəhərindəki qocalar evində öldüyü açıqlanan Konstans Qlants adlı qadının dəfn mərasimi zamanı sağ olduğu aydın olub.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Lancaster County Şerif Ofisindən Ben Houchin bildirib ki, 74 yaşlı Qlantzın dünən səhər saat 9:44-də qocalar evində ölüb və ölüm elanından sonra dəfn şirkətinin əməkdaşları transfer prosesinə başlayıb. Lakin dəfn mərasimi zamanı məmur qadının hələ də nəfəs aldığını görüb və vəziyyəti səlahiyyətlilərə çatdırıb. Houchin “Bu çox qeyri-adi bir hadisədir. 31 ildir bu işi görürəm və daha əvvəl belə bir vəziyyətlə qarşılaşmamışam”,-deyib.

O bildirib ki, qocalar evi işçilərinin qanunsuz hərəkət edib-etməməsi hələ müəyyən edilmədiyi üçün araşdırmalar davam edir.

//Gülnarə Abasova, Editor.az