İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH – Silahlı Qüvvələrin elit bölmələri) “Əl-Qüds” xüsusi təyinatlılarının komandanı, general-mayor İsmayıl Qaani uzun fasilədən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
İranın İRNA xəbər agentliyinin verdiyi məlumata görə, o, həmkarı Abbas Nilforuşanın cənazəsinin Livandan vətəninə qaytarılması mərasimində iştirak edib. Mərasim Tehranın Mehrabad hava limanında baş tutub və burada mərhumun həmkarları və ailə üzvləri də iştirak edib.
Xatırladaq ki, bir müddət əvvəl onun müavini İrəc Məscidi SEPAH-ın “Əl-Qüds” xüsusi təyinatlılarının komandiri İsmayıl Qaaninin öldürülməsi ilə bağlı məlumatı təkzib edərək, bunun doğru olmadığını demiş, onunla hər şeyin qaydasında olduğunu vurğulamışdı.
//Samir Qurbanov, Editor.az

