Öldüyü iddia edilən HƏMAS lideri Yəhya Sinvardan xəbər varbackend

Öldüyü iddia edilən HƏMAS lideri Yəhya Sinvardan xəbər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstinin HƏMAS hərəkatının lideri Yəhya Sinvar qrup üzvləri ilə əlaqə saxlayıb.

Editor.az bildirir ki, bu barədə “Walla” portalı İsrail rəsmisinə istinadən xəbər verir.

Uzun sürən səssizlik səbəbindən media Yəhya Sinvarın Qəzza zolağında öldürülə biləcəyi ilə bağlı fərziyyələr irəli sürmüşdü. İsrail rəsmiləri bunu nə təsdiq, nə də təkzib edə bilməyəcəklərini bildirmişdilər.

“Walla” mənbəsinin bildirdiyinə görə, Sinvar son günlərdə Qətərdəki HƏMAS nümayəndələri ilə əlaqəni bərpa edib və onlara mesajlar çatdırıb. Mesajların dəqiq nə vaxt ötürüldüyü məlum deyil. Adı açıqlanmayan məmur iddia edir ki, onların məzmunu anklavdan girovların azad edilməsi ilə bağlı sövdələşməyə aiddir.

Xatırladaq ki, Yəhya Sinvar bir neçə həftə idi ki, əlaqə saxlamır. O, “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın öldürülməsinə də reaksiya verməyib. Portal yazır ki, Yəhya Sinvarın sükutu zamanı strukturlar “onun yoxa çıxması ilə bağlı çoxlu xəbərlər alıblar”.

//Samir Qurbanov, Editor.az