“Öləcəkdim, 2 balam da yetim qalacaqdı” – Bakının mərkəzində hadisəbackend

“Öləcəkdim, 2 balam da yetim qalacaqdı” – Bakının mərkəzində hadisə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova Bakının mərkəzində ölümdən dönüb.

Bu barədə o, feysbuk səhifəsində bildirib.

“Bu gün günorta kiminsə səhlənkarlığının qurbanı olacaqdım. “Sahil” metrosunun üstündəki binanın sonuncu mərtəbəsinin eyvanından qopan daşlar başıma düşəcəkdi, öləcəkdim, 2 balam da yetim qalacaqdı”, – o yazıb.

Mətbuat katibi çox qorxduğunu bildirib: “Hələ də əllərim əsir. Əcəl ilə mənim aramda bir neçə santimetr var idi…”.

O əlavə edib ki, bu binanın fasadına, eyvanına ciddi baxış keçirilməlidir: “İnsanların əsəbləri ilə oynamaq olmaz!”.

//Qafqazinfo