Xəbər verdiyimiz kimi, tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov “Facebook” hesabında paylaşım edib.
O, öz paylaşımında bir saata həyatdan gedəcəyini bildirib.
Bakıvaxtı.az Ceyhun Əsgərovun müalicə aldığı Klinik Tibbi Mərkəzlə əlaqə saxlayıb. Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu bildirib ki, KTM sonuncu bu cür paylaşımından sonra ona bütün lazimi dəstəyi verib:
“Tam müalicə də olunub, sağalıb və sağlam şəkildə evinə göndərilib. Amma bu gün yenə eyni halın təkrarlandığının şahidi oluruq. Hazırkı vəziyyəti ilə bağlı xəbərimiz yoxdur, hardadır, heç onu da bilmirik”.

