Oleksiy Reznikov: Artıq “hər şey hazırdır” deyə bilərikbackend

Oleksiy Reznikov: Artıq “hər şey hazırdır” deyə bilərik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna əks-hücum hazırlığının finişinə daxil olur.

Editor.az bildirir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov “Kanal 24”ə deyib. O izah edib ki, əks-hücum əməliyyatında əsas amillər lazımi silahların və təlim keçmiş hərbçilərin mövcudluğu, eləcə də işlədilən silahları, sursatları və yanacaqları bərpa etmək bacarığıdır.

“İnanıram ki, biz artıq “Bəli, hər şey hazırdır” deyə biləcəyimiz finiş xəttinə daxil oluruq. Sonra isə döyüş meydanındakı vəziyyətə görə baş qərargah, baş komandan və komandası necə, harada və nə vaxt suallarını cavablandıracqlar”, – Reznikov izah edib.

Qeyd edək ki, aprelin 28-də Aleksey Reznikov Ukrayna Silahlı Qüvvələrinin əks-hücum üçün hazırlıqları tamamladığını açıqlayıb və aprelin 29-da Sevastopolda neft anbarına pilotsuz təyyarə hücumunu əks-hücum hazırlıqlarının bir hissəsi adlandırılıb. Elə həmin gün Ukrayna prezidenti Volodimir Zelenski Krıma qarşı əks-hücum əməliyyatını elan edib.

  //Samir Qurbanov,Editor.az