Ölən əsgərlərin valideynləri Yerkrapa üzvlərini İrəvandakı hərbi panteona buraxmayıblar.
Publika.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistanda 44 günlük müharibə zamanı həlak olan əsgərlərin valideynləri Yerkrapa Könüllülər Birliyinin nümayəndələrini hakimiyyətlə əməkdaşlıqda ittiham edərək “Yerablur” panteonuna buraxmayıblar.
Qeyd edək ki, əvvəllər həlak olanların yaxınları hakimiyyətin “Mülki müqavilə” fraksiyasının deputatları Akop Aslanyan və Ovik Ağazaryanın da məzarları ziyarət etməsinə icazə vermirdilər.