Olimpiadada terror aktı törətməyi planlaşdıran Çeçenistan vətəndaşı saxlanılıbbackend

Olimpiadada terror aktı törətməyi planlaşdıran Çeçenistan vətəndaşı saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 22-də Fransa Daxili İşlər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsi (əks-kəşfiyyat) Sent-Etyen şəhərindəki “Geoffroy Guichard” stadionunda planlaşdırılan oyunlar zamanı terror aktı hazırlamaqda şübhəli bilinən 18 yaşlı Çeçenistan vətəndaşını saxlayıb.

BFMTV mənbəyə istinadən xəbər verir ki, hücumun təşkilində İslam Dövləti (İŞİD) iştirak edə bilər. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum keçiriləcək futbol yarışına planlaşdırılıbmış. İstintaqın ilkin versiyasına görə, şübhəli “təkcə tamaşaçılara deyil, polisə də hücum edib şəhid kimi ölmək istəyib”. BFMTV-dəki mənbə bildirib ki, gənc oğlan evdə olarkən saxlanılıb. Telekanalın məlumatına görə, mayın 26-da o, “insanlara zərər vuran cinayətlər hazırlamaq məqsədi ilə cinayətkar terrorçu birlik təşkil etməkdə” ittiham olunub. Hazırda o, istintaq təcridxanasındadır.

Nəşr yazır ki, həbs edilən şəxs hücuma hazırlaşmaqda təqsirli olduğunu inkar edir. Eyni zamanda, o, terror aktı törətmək niyyətində olmasa da, şifrəli mesajlaşma proqramlarında ünsiyyət qurduğunu etiraf edib. BFMTV mənbələrinin məlumatına görə, o, İslam Dövləti ilə əlaqəli şəxslərlə yazışıb. Axtarış zamanı gəncin kompüterində “Geoffroy Guichard”ın fotoşəkili, telefonun qalereyasında isə həmin stadionun videoyazıları tapılıb.

BFMTV-nin məlumatına görə, o, 2023-cü ildə valideynləri ilə birlikdə Fransaya gəlib. İş çərçivəsində onun azyaşlı qardaşı da saxlanılıb və sonradan sərbəst buraxılıb.

//Samir Qurbanov, Editor.az