Olimpiya çempionu vəfat edibbackend

Olimpiya çempionu vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kamandan oxatma üzrə gürcüstanlı olimpiya çempionu Ketevan Losaberidze dünyasını dəyişib.

Veteran idmançı 72 yaşında vəfat edib. Ölümün səbəbi açıqlanmayıb.

Ketevan Losaberidze 1980-ci ildə Rusiyanın paytaxtı Moskvada keçirilmiş Yay Olimpiya Oyunlarının qalibi olub. Onun aktivində iki dünya və dörd Avropa çempionluğu da var.

 

Losaberidze karyerasını başa vurduqdan sonra Tbilisi Dövlət Universitetində riyaziyyat professoru vəzifəsində çalışıb, 2002 – 2005-ci illərdə isə Gürcüstan Kamandan Oxatma Federasiyasına rəhbərlik edib.

 

Gürcüstanlı olimpiya çempionu vəfat edib

 

Report