Ölkə başçısı: “Azərbaycan kimi ölkə üçün Çində iqtisadi artım olduqca vacibdir”backend

Ölkə başçısı: “Azərbaycan kimi ölkə üçün Çində iqtisadi artım olduqca vacibdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çin iqtisadiyyatı təkcə ölkənizlə məhdudlaşmır. Onun qlobal iqtisadiyyata təsiri var və bir çox analitik təsisatların proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır. Bu, bir məsuliyyətdir və hökumətiniz bu qlobal məsuliyyəti dərk edir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib.

Çinin iqtisadi inkişafa və islahatlara sadiqliyini, dünyaya daha da açıq olmasına dair sarsılmaz əzmini qiymətləndirən dövlətimizin başçısı deyib:

“Ölkənizin yüksəkrütbəli rəsmisi Davosda belə bəyanatla çıxış edirsə, bu, dünya iqtisadiyyatı, bütün ölkələr, o cümlədən bizim ölkə üçün də çox yaxşı siqnaldır. Azərbaycan kimi ölkə üçün Çində iqtisadi artım olduqca vacibdir”.

Azərbaycan Prezidenti qeyd edib ki, Çin onilliklər ərzində müəyyən edilmiş hədəflərə müntəzəm surətdə nail olub, onun iqtisadi göstəriciləri qlobal iqtisadiyyata və bir çox ölkələrə ciddi dərəcədə təsir edir.