Ölkə başçısının qətiyyətli çıxışları hər zaman bizdə gələcəyə böyük ümidlər doğurur- Millət vəkilibackend

Ölkə başçısının qətiyyətli çıxışları hər zaman bizdə gələcəyə böyük ümidlər doğurur- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışı zamanı verdiyi bəyanatlar erməni faşizminin iç üzünü bir daha dünyaya nümayiş etdirdi. 30 illik işğal dövründə erməni təcavüzkarları işğal etdikləri ərazilərdə infrastrukturu məhv edib,  tarixi, dini, mədəni abidələrə külli miqdarda ziyan vuraraq daşı daş üstündə qoymamışdılar. Prezident İlham Əliyev öz çıxışında bir daha xatırlatdı ki, bu əsl vəhşiliyin nümunəsidir. Bütün şəhər və rayonlar tamamilə dağıdılaraq yerlə yeksan edilib. 67 məsciddən 65-i viran qoyulub. Elə rayon mərkəzi, elə şəhər yoxdur ki, orada sağlam bir bina tapılsın. Bu, erməni vəhşiliyinin açıq-aydın sübutudur”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Millət vəkilinin sözlərinə görə Ölkə rəhbəri öz çıxışında Azərbaycanın tarixi qələbəsinə böyük önəm verərək bir daha xatırlatdı ki,  Azərbaycan Ordusu böyük qələbə qazanaraq BMT TŞ-nin erməni silahlı qüvvələrinin işğal  olunmuş ərazilərdən qeyri-şərtsiz çıxması barədə qətnamələri yerinə yetirdi:

” 44 günlük müharibə  Ermənistan ordusunun tamamilə məhvinə səbəb olsa da bu gün Azərbaycan Prezidenti sülh məqsədli çıxışlarına davam edir. Ölkə başçışının öz çıxışında bildirdiyi kimi münaqişə və müharibə artıq tarixdə qalıb.   Biz ərazi bütövlüyümüzün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa  hazırıq. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi də bu tarixi şansı əldən verməyəcək. Cənab İlham  Əliyev hərzaman olduğu kimi yenə də həm Ermənistan, həm də dünyaya bir daha sülh mesajı verdi.  Bundan nəinki Ermənistan eləcə də  bir çox beynəlxalq təşkilatlar lazımi nəticə çıxarmalıdır. Çünki 30 il Azərbaycan torpaqlarının işğal altında qaldığı vaxtda bir çox beynəlxalq təşkilatlar bu münaqişəyə lazımi münasibət bildirmədikləri üçün  erməni təcavüzkalarının öz niyyətlərini daha geniş miqyasda davam etdirməkdən çəkinmədi. Ancaq ölkə rəhbərinin dediyi kimi, artıq münaqişə həll olunub. Bundan sonra Ermənistanın hərbi-siyasi hakimiyyəti öz xalqının taleyini düşünərək Azərbaycanla dinc qonşuluq şəraitində yaşamaq istiqamətində ciddi addımlar atmalıdır. Əks təqdirdə, böhran içində olan Ermənistan daha acınacaqlı vəziyyətə düşəcək. İlham Əliyevin çıxışları bizdə bir daha gələcəyə, sülhə, əmin-amanlığa böyük ümidlər yaradır”.

//Gülnarə Abasova, Editor.az