Braziliyada dövlət vəsaiti hesabına Müdafiə Nazirliyinə 60 penis implantı və 35 min dozadan çox cinsi gücləndirici həblərin tədarük edildiyi iddiası ölkədə bir mənalı qarşılanmayıb.
Editor.az “Haberler.com” a istinadən xəbər verir ki, Sosialist Partiyasından konqresmen Elias Vaz Müdafiə Nazirliyindən 35 320 doza cinsi gücləndirici həblərin sifarişi ilə bağlı izahat istəyib.
“Biz başa düşmək istəyirik ki, Bolsonaro hökuməti niyə dövlət pullarını cinsi istəyi gücləndirən həbləri almaq üçün xərcləyir. Niyə bu qədər çox sifariş verilib? Hal-hazırda ölkədə biabrçı bir vəziyyət yaranıb”, -deyə Elias Vaz bildirib.
Nazirlikdən verilən açıqlamada isə həblərin yüksək təzyiqin müalicəsi üçün qəbul edildiyi bildirilib. Quru Qoşunlarına 5 min, Hərbi Hava Qüvvələrinə isə 2 min həb verilib. Donanma üçün isə 28320 doza cinsi gücləndirici dərman sifariş edildiyi bildirilib.
Həblərin ağciyərlərdəki yüksək təzyiqin müalicəsində istifadə edildiyi qeyd edilib. Ölkənin Milli Sağlamlıq Nəzarəti Agentliyi ANVISA sildenafilin aktiv maddəsinin yüksək qan təzyiqinin müalicəsi üçün alternativ üsul olduğunu təsdiqləyib.
//Editor.az

