Ölkədə “Dəmir Yumruq-2” əməliyyatı – Ciddi məmur həbsləri olacaqbackend

Ölkədə “Dəmir Yumruq-2” əməliyyatı – Ciddi məmur həbsləri olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezidentin açıqlamaları, həyata keçirilən siyasi islahatlar, ümumiyyətlə məmur korpusundan  böyük narazılıqlar göstərir ki, ciddi addımlar atılmalıdır”.

Bu fikirləri politoloq Əziz Əlibəyli səsləndirib. Politoloq bildirib ki, bütün bu fikirləri Prezidentin mesajları da təsdiq edir: “Qeyri-rəsmi bu cür ifadə olunur ki, ölkə daxilində məmurlara qarşı “Dəmir Yumruq-2” adlı əməliyyat başlayacaq və onlara ciddi şəkildə zərbə endiriləcək”.

Əziz Əlibəylinin sözlərinə görə, hazırda çox ciddi korrupsiya faktları mövcuddur: “ Vətən müharibəsinin gedişində daha ciddi cəmiyyətə (rüşvətsiz, korrupsiyasız, şəffaf) ehtiyacımız var. Buna isə ənənəvi məmur tipləri maneə yaradır. Yeni cəmiyyətdə bu cür məmurlara yer yoxdur. Onlar üçün artıq çıxış yolu mövcud deyil. Ona görə də, ölkə başçısı tərəfindən “Dəmir Yumruq-2” həmin məmurlara qarşı başladılacaq. Bu isə yaxın günlərdə çox ciddi həbslərə gətirib çıxaracaq”.

 

Konkret.az