Ölkədə fövqəladə hadisə baş verdikdə bəzi mətbuat xidmətlərinin rəhbərləri yoxa çıxır- Əməkdar jurnalistdən sərt TƏNDİQbackend

Ölkədə fövqəladə hadisə baş verdikdə bəzi mətbuat xidmətlərinin rəhbərləri yoxa çıxır- Əməkdar jurnalistdən SƏRT TƏNDİQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Reallıqda müxtəlif rəsmi qurumların mətbuat xidmətləri ən populyar informasiya mənbələri hesab olunur. Amma təəssüf ki, bu günlərdə baş verən helikopter qəzası zamanı bir daha gördük ki, mətbuat xidmətləri təmsil etdikləri qurumlar haqda məlumat verməkdən, media ilə bu qurumlar arasında  münasibətlərsə körpü rolu oynamaqdan daha çox həmin qurumları bir qalxan kimi qorumaqla məşğuldur. Halbuki mətbuat xidmətinin əsas vəzifəsi baş verən hadisələrlə bağlı dərhal  ictimaiyyəti məlumatlandırmaq və  medianın suallarını operativ şəkildə cavablandırmaqdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında professor, əməkdar jurnalist Qulu Məhərrəmli deyib.

Professor bildirib ki, ölkədə fövqəladə hadisə baş verdikdə, ekstremal şəraitdə bəzi mətbuat xidmətlərinin rəhbərləri yoxa çıxır və ya telefonlara cavab vermir, ya da deyildiyi kimi guya hansısa dəqiqləşdirmə  aparmaqla məşğuldurlar:

” Nəticə etibarilə jurnalistlərin suallarını cavablandırmaqdan boyun qaçırırlar. Beləliklə onlar öz vəzifələrini layiqincə yerinə yetirmirlər. “İnformasiya əldə etmək haqqında” qanunda müəyyən məsuliyyətlər var, ictimaiyyətlə əlaqələr qurumlar, mətbuat xidmətlərinin rəhbərləri bunu nəzərə almalıdırlar. Jurnalist cəmiyyət üçün çalışır, jurnalistin vəzifəsi baş verən hadisənin faktları ilə bağlı dəqiqləşmə aparmaq və onu cəmiyyətə çatdırmaq, məlumatlandırmaqdır. Belə olduğu halda mətbuat xidmətləri jurnalistlərin suallarını cavablandırmağa borcludur. Yoxsa ictimaiyyət informasiya  boşluğunu dolduran şayiələrə inanacaq, nəinki rəsmi məlumatlara. Ona görə də birinci növbədə məsuliyyət dərk olunmalı, peşəkarlıq səviyyəsi artırılmalı, ictimaiyyət və media ilə dəqiq əlaqələr mexanizmi qurulmalıdır”.

//Gülnarə Abasova, Editor.az