“Ölkəmizdə media savadlılığı lazımi səviyyədə deyil”- ŞƏRHbackend

“Ölkəmizdə media savadlılığı lazımi səviyyədə deyil”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Media savadlılığı hüquqi, demokratik cəmiyyətdə media özünütənzimləməsinin ən mühüm elementlərindən biridir”.

Bu sözləri Editor.az-a Azərbaycanda media savadlılığı ilə bağlı danışarkən media kapitanı Aydın Quliyev deyib.

Onun sözlərinə görə, media savadlılığı sahəsində müxtəlif qanun normaları və rəsmi orqanların ümumi rəhbərliyinin əsas götürülməsi ilə bərabər, medianın özünütənzimləməsi institutu da önəmli rol oynayır:

“Bu nöqteyi nəzərdən insanların media savadlılığı çox böyük əhəmiyyət kəsb edir. Həm də media savadlılığı təkcə media işçiləri, rəsmilərinə yox, bütün cəmiyyətə aid olan məsələdir. Başqa cür desək, bu informasiya istehsal edənlərlə informasiyanı qəbul edib, təhlil edən, yayan, daşıyan subyektlər arasında münasibətləri özü tənzimləyən bir mexanizmdir. Burada söhbət həm media orqanlarından, həm jurnalistlərdən, həm də cəmiyyətin sadə üzvlərindən gedir.

Məlumat istehsalçı dedikdə təkcə jurnalistlər və media orqanları nəzərdə tutulmur. Burada müxtəlif dövlət orqanları, qeyri-hökumət təşkilatları, vətəndaş institutları və siyasi partiyalar da həm informasiya istehsalçıları, həm də daşıyıcılarıdır. Buna görə də media savadlılığı dedikdə bu məqamların hər biri nəzərə alınmalıdır. Əsas hədəf odur ki, media savadlılığı kontekstində sadalanan subyektlərin heç biri yalan, qərəzli, qeyri-obyektiv, dövlət sirlərini yayan informasiyaların təsiri altına düşməsinlər. Belə informasiyaların həm istehsalı yolverilməzdir.

Eyni zamanda, media savadlılığı insanları yalan informasiyaların təsiri altına düşməkdən sığortalıyan mexanizmdir. Lakin təəssüf ki, hələ də media savadlılığı anlayışına sığmayan müxtəlif xəbərlərlə rastlaşırıq. Bu isə hələ də ölkəmizdə media savadlılığının lazımi səviyyədə olmadığını göstərir”.

//Səbinə Hüseynli, Editor.az