Ölkəni Brüsseldən gələn “xoş sözlər”ə qurban verə bilmərik – Gürcüstan diplomatiyasının rəhbəri Maka Boçorişvilibackend

Ölkəni Brüsseldən gələn “xoş sözlər”ə qurban verə bilmərik – Gürcüstan diplomatiyasının rəhbəri Maka Boçorişvili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan diplomatiyasının rəhbəri Maka Boçorişvili bildirib ki, Gürcüstan rəhbərliyi ölkəni və onun maraqlarını qorumalıdır.

O qeyd edib ki, Gürcüstan çox ciddi problemlərlə üz-üzədir və rəhbərlik Brüsseldən gələn xoş sözlər naminə ölkəni qurban verə bilməz.

Xarici İşlər Nazirliyinin rəhbəri bəyan edib ki, Gürcüstan hakimiyyəti Ukrayna ssenarisinin təkrarlanmasını istəmədiyi üçün ölkənin qayğısına qalır. “Əvvəla, başlanğıc nöqtəsi bəzi Avropa Parlamentinin deputatının qətnamədə yazacağı deyil, ölkəmizin gələcəyi olmalıdır” – Maka Boçorişvili bildirib. Nazir Avropa Parlamentinin qəbul etdiyi qətnamənin sağlam düşüncədən, demokratiyadan, Avropa dəyərlərindən uzaq olduğunu vurğulayıb.

//Samir Qurbanov, Editor.az