Ölüm kabusu Ramzan Kadırovu qorxuya salıb: onu və ailə üzvlərini Suriyadan gətirilən “S-300”lər qoruyurbackend

Ölüm kabusu Ramzan Kadırovu qorxuya salıb: onu və ailə üzvlərini Suriyadan gətirilən “S-300”lər qoruyur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Rusiya ərazisinə uzaqmənzilli raketlərlə zərbə endirməsinə icazə verdikdən sonra Çeçenistan lideri Ramzan Kadırov özünün hava təhlükəsizliyini gücləndirib.

VÇK-OQPU layihəsinin mənbələrə istinadən yazdığı kimi, diktator Bəşər Əsəd rejiminin süqutundan sonra Suriyadan hava hücumundan müdafiə sistemləri, xüsusən də S-300-lər Çeçenistana daşınıb. Bu hava hücumundan müdafiə sistemləri Qroznı və onun sərhədləri boyunca səpələnib. Məsələn, Kadırovun rəsmi iqamətgahında hava hücumundan müdafiə sistemləri növbətçiliyə qoyulub. Qroznıdakı müşahidə platformalarından belə fotoşəkil çəkilməsi qadağan edilən kompleks indi ayrıca dəstə tərəfindən qorunur.

Kadırovun iqamətgahından çox uzaqda yerləşən Baronovski rayonunun sakinlərinin də öz hava hücumundan müdafiə sistemi var. Keçmiş qəsəbə, çoxdan Çeçenistan Respublikasının paytaxtının sakinləri arasında ən populyar ərazilərdən birinə çevrilmişdir: Kadırovun ailəsi də orada yaşayır və bütün girişlər “Kadırovçular”ın silahlı mühafizəçiləri tərəfindən ciddi şəkildə mühafizə olunur.

Daha bir S-300 kompleksi Kadırovların ata-baba kəndi Axmat-Yurtda quraşdırılıb. Hava Hücumundan Müdafiə ekipajı bu yaxınlarda gecə-gündüz döyüş növbətçiliyindədir və Kadırovun qohumlarını şəxsən qoruyur.

//Samir Qurbanov, Editor.az