Ölümündən sonra “toyu” olan şəhidin anası: “Onun tək arzusu…“ – Videobackend

Ölümündən sonra “toyu” olan şəhidin anası: “Onun tək arzusu…“ – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATV-nin “Bizimləsən” proqramına qonaq olan Şəhid İzzət Həmidovun anası Vəfa xanım oğlunun arzusundan danışıb.

Yenisabah.az xəbər verir ki, ananın sözlərinə görə, əsgər getmək oğlunun ən böyük arzusu olub:

“İzzət forma arzusunda idi. Hər zaman deyirdi ki, mən hərbi xidmətə getməliyəm. Gedəndə dostlarına demişdi ki, mən Şəhid olacam. İzzətin arzusu yox idi, tək arzusu şəhid olmaq idi”.

Vəfa xanım daha sonra oğlu üçün ən gözəl toyu etmək istədiyini, bunu hər zaman dilə gətirdiyini bildirib:

“Mən hər zaman deyirdim ki, anan sənə ən yaxşı toyu edəcək. Hər şeyin ən yaxşısını edəcək. İndi hər şeyin ən yaxşısı oldu, amma İzzət yoxdur”.