“Ombudsmanın bu addımının bəraəti yoxdur“ – Hüquq müdafiəçisibackend

“Ombudsmanın bu addımının bəraəti yoxdur“ – Hüquq müdafiəçisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Günümüzün reallığında bu məclis bir növ sabiq Administrasiya rəhbərinin revanşı kimi dəyərləndirilir. Yəni mən heç kimdən qorxmuram və istədiyim hərəkəti edə bilərəm. Bu öz işidi. Heç olmasa, xüsusi statusu olan şəxsləri dəvət edib pis vəziyyətdə qoymazdı. Siyavuş Novruzovla Səbinə Əliyeva  və digərləri həmin toya getməsə, deyəcəkdilər ki, “Bağda ərik var idi, salam-məlik var idi, bağdan ərik qurtardı, salam-məlik qurtardı”.

Bu sözləri hüquq müdafiəçisi Novella Cəfəroğlu Sherg.az-a açıqlamasında deyib. Qeyd edib ki, dövlətin qaydaları çərçivəsində Ombudsmanın və digər deputatların həmin toyda iştirakı düzgün deyildi: “Üstəlik də, şəhidlərimizin dəfnindən heç 40 gün keçməmiş, onların qanı qurumamış bu toyu etmək nə vacib idi? Axı o döyüşdə ölən şəxslər adi vətəndaşlar deyildi ki, bir kəlmə “Allah rəhmət eləsin!” deyib  öz əyləncəmizə davam edək.

Biz bu döyüşdə qəhrəman vətən övladlarını, o cür igid komandirlərimizi, paşalarımızı itirdik. Belə yaslar toylara qardaş  olmur. Heç olmasa, 40 gün  bizim uğrumuzda şəhid olan insanların xatirəsini əziz tutub, yaslarını saxlamalı idik.

Bu yas bir ailənin yox, bütöv Azərbaycan xalqının, bütöv bir millətin yası idi. Yox əgər bütün bunların fonunda bu toy o qədər vacib idisə, hansısa bir xarici ölkədə qeyd edərdiniz. Məgər imkanınız yox idi?”.

Konkret olaraq, S.Əliyevanın toyda iştirakına gəldikdə isə N.Cəfəroğlu hesab edir ki, bu hadisəyə görə Ombudsmanın istefasını tələb edənlər düz etmir:

“Səbinə Əliyeva karantin qaydalarını pozduğu üçün 400 manat dəyərində cərimə olunub və həmin məbləği ödəyərək cəzasını çəkmiş hesab olunur.

Düzdür, onun bu addımının bəraəti yoxdur, lakin bir qadın olaraq Səbinə xanımı qınaya bilmirəm. Siyavuş Novruzov həmin toya dəvət alıb və Azərbaycan mentalitetinə uyğun olaraq da həyat yoldaşını özü ilə toya aparıb”.