Ömər Çelik: “Millət ittifaqı” kreslo uğrunda, biz isə dağılmış şəhərlərin bərpası uğrunda mübarizə aparırıqbackend

Ömər Çelik: “Millət ittifaqı” kreslo uğrunda, biz isə dağılmış şəhərlərin bərpası uğrunda mübarizə aparırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik ölkədə keçiriləcək seçkilərdə namizədi hazırkı prezident Rəcəb Tayyib Ərdoğan olan “Cumhur İttifaqı”nın genişləndirilməsi ilə bağlı danışıqların aparıldığını açıqlayıb.

Editor.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çelik müxalif  “”Millət ittifaqı” kreslo uğrunda mübarizə apararkən, bizim burada yeganə gündəmimiz dağıdıcı zəlzələlərdən sonra şəhərlərin bərpa edilməsidir”, – deyə  bildirib.

“Danışıqlar çox yaxşı gedir və məqsəd ən qısa zamanda seçki məsələsini Türkiyənin gündəmindən çıxarmaqdır”- deyə Çelik əlavə edib.

Qeyd edək ki, mövcud prezident Rəcəb Tayyib Ərdoğanın qarşıdakı seçkilərdəki əsas rəqibi “Millət ittifaqı”nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu olacaq.

Türkiyə Yüksək Seçki Komissiyasının qərarına əsasən, seçkilər mayın 14-də, ikinci tur, lazım gələrsə, mayın 28-də keçiriləcək.

 //Samir Qurbanov, Editor.az