“Omicron” Azərbaycana da gəldi: Bizi NƏLƏR gözləyir?- AÇIQLAMAbackend

“Omicron” Azərbaycana da gəldi: Bizi NƏLƏR gözləyir?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildiyimiz kimi ölkəmizdə də koronavirusun “Omicron” ştamı aşkarlanıb.  Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə yeni ştam 106-dan çox ölkədə qeydə alınıb. Hələlik dünyada yoluxmaların cəmi 1.6%-i bu ştama aiddir. Dünyanın bir çox ölkələri “Omicron” ştammının geniş yayılması nəticəsində artan yoluxmalara görə sərt məhdudiyyətlər tətbiq etməyə başlayıb.

Maraqlıdır, Azərbaycanda da sərt qadağalar qapıdadırmı?

Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında qeyd edib ki, dövlətin koronavirusa qarşı mübarizə sahəsində gördüyü işlər nəticəsində bu gün Azərbaycanda koronavirus pandemiyasına yoluxanların sayında göstəricilər aşağıdır:

“Bu istiqamətdə vəziyyət stabildir və nəzarət altındadır. Amma çox təəssüf ki, artıq biz Azərbaycanda da dünyanı narahat edən koronavirusun “omicron” ştammının müşahidə edildiyini öyrəndik. Dünyanın bir sıra ölkələrində koronavirusun bu ştammının yayılması nəticəsində ciddi tədbirlər görülür və yenidən sərt məhdudiyyətlər tətbiq olunur. Azərbaycanda da “omicron” a rast gəlinsə də hələ ki güclü fəsatını görməmişik. Ona görə də bu ştammla bağlı sərt məhdudiyyətlərdən danışmağa hələ ki heç bir əsas yoxdur. “Omicron”nun ölkəmizdə geniş yayılmaması və ölüm hallarının müşahidə edilməməsi üçün  müəyyən sağlamlıq tədbirləri var ki, onlara riayət etmək vacibdir. Xüsusilə qeyd  etmək istərdim ki, Azərbaycanda bu gün iki doza vaksin qəbul edənlərin sayı  əhalinin yarısından çoxdur. Bu, müsbət haldır. Çünki iki doza vaksin qəbul edən şəxslər “omicron” ştammına yoluxduqda ciddi fəsatları olmur. Lakin ölkəmizdə bu ştamm geniş yayılarsa, yoluxanların sayı pik həddə çatarsa, o zaman Operativ Qərargah yeni tədbirlər haqqında qərar qəbul edəcək və sərt məhdudiyyətlərə gediləcək. Hal-hazırda ölkəmizdə gündəlik koronavirusa yoluxma dinamikasına  əsasən isə hələ ki, buna ehtiyac yoxdur”.

Milli Məclisin deputatı Müşfiq Cəfərov isə Editor.az-a bildirib ki, epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün hər hansı ciddi tədbirlərin görülməsinə ehtiyac yoxdur:

” Nəzərə alsaq ki, artıq cəmiyyət də pandemiyaya adaptasiya olunub, bu səbəbdən karantini sərtləşdirməyə gərək yoxdur. İnsanlar daha məsuliyyətli davranır, hətta qadağa olmadığı halda açıq havada maskadan istifadə edənləri görürük. Qapalı məkanlarda nadir hallarda karantin qaydalarının pozulması halı aşkarlanır. Bütün bunları nəzərə alaraq əlavə qapanmalara gedib iqtisadiyyatı daha da sarsıtmağa ehtiyac duyulmamalıdır. Pandemiya əksər ölkələrin iqtisadi sosial vəziyyətinə mənfi təsir göstərdi. Təbii ki, Azərbaycana da təsirsiz ötüşmədi. Fəsadların hələ də aradan qaldırılması üçün səylər göstərilir. Bir çox insan iş yerini itirdi, müəyyən müəssisələr bağlandı. İnanıram ki, cəmiyyət öz-özünə müəyyənləşdirdiyi qaydalarla bu ştamı da itkisiz ötüşdürə biləcək. Əgər vəziyyət daha da gərginləşsə, aidiyyəti qurumlar bu sahədə lazımi tədbirləri görəcək. Lakin mən bu vəziyyətdə əlavə tədbiri lüzumsuz hesab edirəm”.

//Gülnarə Abasova, Editor.az