Omicron və digər variantlar arasında fərq nədir?
Koronavirusun Omicron variantına əvvəllər heç vaxt rast gəlinməyən və gəlinən müxtəlif mutasiyalar daxildir. Bu mutasiyaların əksəriyyəti virusun sünbül protein hissəsində baş verib. Peyvəndlərin əksəriyyəti bu hissəni hədəf alır. Ona görə də onların yeni variantda effektiv olub-olmayacağı sualı narahatlıq doğurur.
Standart testlərdə bu variantda “S gen çatışmazlığı” müşahidə edilir. Çox vaxt Delta variantında bu çatışmazlığa rast gəlinmir. Beləliklə, “S gen” çatışmazlığı Omicron variantı üçün bir ipucu ola bilər. Lakin bütün S gen çatışmazlıqları Omicron olmadığı üçün qəti nəticələr üçün tam gen ardıcıllığı tələb olunur.
Omicron simptomları hansılardır?
Cənubi Afrikada indiyədək aşkar edilən Omicrona yoluxanların əksəriyyəti gənc olduğundan, onların simptomları da yüngül olur.
Bildirilir ki, Omicron Delta variantından fərqli simptomlar göstərir, məsələn, qoxu və dad itkisinə səbəb olmadığına dair bəzi əlamətlər var, lakin qəti nəticəyə gəlmək üçün hələ tezdir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, Omicron-un digər variantlardan fərqli simptomlar göstərdiyinə dair heç bir məlumat yoxdur. Başqa sözlə, yeni yaranan öskürək, qızdırma, qoxu və dad itkisi hələ də koronavirusun əsas simptomları kimi görünür. Cənubi Afrikadakı xəstəxanalara daha ağır simptomlarla gələn gənc xəstələrin şahidi olurlar. Lakin onların əksəriyyəti ya peyvənd olunmayıb, ya da bir doz peyvənd olub. Bu, peyvəndin iki dozasının və bunlar varsa, gücləndirici vaksinin alınmasının koronavirusun köhnə və yeni variantlarından qorunmağın ən yaxşı yolu olduğunu göstərir.
//Gülnarə Abasova, Editor.az

