Omsk şəhərində üç neft məhsulları konteyneri yanıbbackend

Omsk şəhərində üç neft məhsulları konteyneri yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 25-də Rusiyanın Omsk şəhərində Krasnoyarsk şossesində içərisində neft məhsulları olan üç konteyner yanıb. Yanğın sahəsi 500 kvadratmetr olub.

Editor.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. “Krasnoyarsk şossesində hər biri 200 litr həcmində neft məhsulları ilə dolu olan üç konteyner yanıb. İlkin olaraq yanğın sahəsi 500 kvadratmetrdir.

Hadisə yerində 58 mütəxəssis və 15 texnika işləyir, iki yanğınsöndürən qatarı da cəlb olunub. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın saat 11:14-də söndürülüb.

Xatırladaq ki, nəticəsində Rusiya Fövqəladə Hallar Nazirliyi aprelin 24-də Simferopolda üç dəmir yolu sisterninin toqquşması nəticəsində bir nəfərin öldüyü və üç nəfərin yaralandığı barədə məlumat yayıb.

//Samir Qurbanov, Editor.az