OMV neft-qaz şirkəti Rusiyanın Ukrayna üzərindən Avstriyaya qaz nəqlinin kəsiləcəyindən ehtiyat edirbackend

OMV neft-qaz şirkəti Rusiyanın Ukrayna üzərindən Avstriyaya qaz nəqlinin kəsiləcəyindən ehtiyat edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriyanın OMV neft-qaz şirkəti Rusiyanın Ukrayna üzərindən Avstriyaya qaz nəqlinin kəsiləcəyindən ehtiyat edir.

Editor.az xəbər verir ki, bu barədə təşkilatın prezidenti Alfred Ştern “Die Presse” qəzetinə müsahibəsində bildirib.

2023-cü ilin dekabrında Avstriyanın eXXpress nəşri Avstriyanın gözləntilərin əksinə olaraq Rusiya qazından asılılığını artırdığını yazıb. Oktyabrda ölkə ümumi idxal etdiyi yanacağın təxminən 90%-ni Rusiyadan alıb. Qeyd olunub ki, Avstriyanın OMV şirkəti 2023-cü ilin üçüncü rübündə əvvəlki illə müqayisədə “Qazprom”dan iki dəfə çox qaz alıb. Oktyabr ayında OMV-nin tədarükünü diversifikasiya etmək üçün tədbirlər axtardığı da bildirilib.

//Gülnarə Abasova, Editor.az