On minə yaxın immiqrant ABŞ sərhədinə yürüş edibbackend

On minə yaxın immiqrant ABŞ sərhədinə yürüş edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın Tapaçula şəhərində məskunlaşan miqrantlar ABŞ sərhədinə doğru yürüş edib. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, dünən şəhərdən 6 mindən çox miqrant çıxıb. Onların sərhədə getməkdə məqsədi iyunun 6-10-da ABŞ-ın Los-Anceles şəhərində keçirilən Amerika Zirvə Sammitində immiqrantların problemlərinə diqqət çəkməkdir.

ABŞ prezidenti Co Baydenin bu həftə immiqrasiya ilə bağlı regional razılaşmanı açıqlayacağı gözlənilir.

Digər tərəfdən, Meksika prezidenti Andres Manuel Lopez Obrador ötən bazar ertəsi Amerika sammitində iştirak etməyəcəyini açıqlayıb.

 //Nəzərbəy Hacıağayev, Editor.az